“Qarabağ” Seçki Blokunun yaradılması barədə saziş imzalanacaq
Gələn həftənin bazar ertəsi “Qarabağ” Seçki Blokunun yaradılması barədə Ümid Partiyası, Demokrat Partiyası və Aydınlar Partiyasının sədrlərinin saziş imzalaması nəzərdə tutulub.
Bunu Lent.az-a açıqlamasında Ümid Partiyasının Ali Məclisinin sədri Ənvər Ağazadə söyləyib. Ənvər Ağazadə onu da deyib ki, bu gün Demokrat Partiyasının qərargahında blokun İşçi Qrupunun toplantısı olub. Toplantıda Namizədlərin plakatlarının ilkin forması barədə razılıq əldə olunub. Ancaq İşçi Qrupu yenə də hər 3 partiyanın təmsilçilərinin iddialı olduqları 7 seçki dairəsi üzrə vahid namizəd məsələsində yenə razılıq əldə edə bilməyib: “İşçi Qrupunda 7 dairə üzrə bu gün də irəliləyiş olmadı. Onu da deyim ki, şənbə günü saat 14:00-da Demokrat Partiyasının qərargahında blokun bütün namizədlərinin iştirakı ilə toplantı keçiriləcək. Şənbə günü bu toplantıdan əvvəl 7 dairə üzrə yaranmış problemi həll etmək üçün həmin dairələrdə namizəd olmaq istəyən şəxslərlə görüş keçiriləcək və bu dairələr üzrə də vahid namizədlərin razılaşdırılmasına çalışılacaq. Ümumilikdə, indiyə qədər 3 partiya 93 seçki dairəsi üzrə vahid namizəd məsələsində razılaşma əldə edib”.

Oxşar yazılar

Süni intellekt Putinin ölüm ilini PROQNOZLAŞDIRDI
19 iyul 2025 , 22:49
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir - İlham Əliyev
19 iyul 2025 , 20:25
III Şuşa Qlobal Media Forumu keçirilir - VİDEO - YENİLƏNİB
19 iyul 2025 , 19:45
İlham Əliyevdən Ukrayna xalqına məsləhət: "Təslim olmayın"
19 iyul 2025 , 18:15
Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57