İsmayıl Ömərova Beynəlxalq Aytmatov Akademiyasının akademiki diplomu təqdim olundu - FOTO
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov türkdilli xalqların ədəbiyyatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Beynəlxalq Aytmatov Akademiyasının akademiki seçilib.
İTRYŞ-nin İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən Lent.az-a verilən məlumata görə, bu gün İsmayıl Ömərova Akademiyanın diplomu Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun (TÖSDF) prezidenti Nüstət Məmmədov tərəfindən təqdim olunub.
Nüsrət Məmmədov ə İctimai Televiziyanın türkdilli xalqların daha da yaxınlaşması üçün böyük işlər gördüyünü vurğulayıb və bildirib ki, televiziyanın “TRT-Avaz”la ortaq yayımına Qırğızıstan televiziyasının da qoşulması qırğız xalqı tərəfindən böyük sevinclə qarşılanıb: “Bütün bunları nəzərə alaraq Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun təqdimatına əsasən və Beynəlxalq Aytmatov Akademiyası Elmi Şurasının qərarı ilə İctimai Teleradionun Baş direktoru İsmayıl Ömərov Beynəlxalq Aytmatov Akademiyasının üzvü seçilib. Bu elmin ən yüksək pilləsidir”.
Fəaliyyətinə verilən qiymətə görə təşəkkürünü bildirən İsmayıl Ömərov deyib ki, Çingiz Aytmatovun adı ilə bağlı olan bir mükafatın bioqrafiyasına daxil olması onun üçün böyük şərəf və məsuliyyətdir: “Hesab edirəm ki, bu ad türk dövlətlərinə xidmət nöqteyi-nəzərdən hər birimizin üzərinə daha böyük öhdəlik qoyur”. Baş direktorun sözlərinə görə, bu mükafat İctimai Teleradionun kollektivinə verilən qiymətdir.

Oxşar yazılar

Süni intellekt Putinin ölüm ilini PROQNOZLAŞDIRDI
19 iyul 2025 , 22:49
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir - İlham Əliyev
19 iyul 2025 , 20:25
III Şuşa Qlobal Media Forumu keçirilir - VİDEO - YENİLƏNİB
19 iyul 2025 , 19:45
İlham Əliyevdən Ukrayna xalqına məsləhət: "Təslim olmayın"
19 iyul 2025 , 18:15
Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57