Müsavat və AXCP 75 həddini yenə keçə bilmədi
Bu gün Müsavat Partiyasının qərargahında Müsavat başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli arasında görüş keçirilib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Lent.az-a verdiyi məlumata görə, görüşdə Müsavat Partiyası və AXCP rəhbərliyinə daxil olan şəxslər də iştirak ediblər.
Görüşdə müzakirə olunan əsas mövzulardan biri seçki dairələri üzrə vahid namizədlərin müəyyənləşdirilməsi olub. Əsas müzakirə obyekti Müsavat Partiyası və AXCP rəhbərliyinə daxil olan şəxslərin, həm də Müsavat Deputat Qrupunun üzvü olan şəxslərin namizədliklərinin irəli sürüldüyü dairələrdə yaranmış vəziyyət olub.
Arif Hacılının sözlərinə görə, həm Müsavat Partiyası, həm də AXCP tərəfindən müəyyən təkliflər irəli sürülüb: “Biz hazırda bu təklifləri dəyərləndiririk. Hesab edirəm ki, yaxın vaxtlarda seçki dairələri üzrə müəyyən irəliləyişlərə nail olmaq mümkün olacaq. Bakı və Sumqayıt şəhərləri üzrə hələlik 10 seçki dairəsində razılıq əldə olunub. Düşünürəm ki. daha 5 seçki dairəsi üzrə də vahid namizədlərin müəyyənləşdirilməsi mümkün ola bilər”.
Arif Hacılı bildirib ki, partiya rəhbərliyinin görüşündə bu gün Ucar, Göyçay və digər rayonlarda olan, əvvəllər razılaşdırılmış, ancaq namizədləri dəqiqləşdirilməmiş dairələrdə dəqiqləşdirmələr əldə olunub: “Ölkə üzrə ümumilikdə 75 seçki dairəsi üzrə vahid namizədlər razılaşdırılıb. Hesab edirəm ki, bu siyahıya daha 10 seçki dairəsi əlavə oluna bilər”.
Görüşdə aksiyaların keçirilməsi məsələsi də müzakirə edilib: “Ehtimal ki, gələn həftə aksiyaların yeri və vaxtı ilə əlaqədar konkret qərarlar qəbul ediləcək”.

Oxşar yazılar

Süni intellekt Putinin ölüm ilini PROQNOZLAŞDIRDI
19 iyul 2025 , 22:49
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir - İlham Əliyev
19 iyul 2025 , 20:25
III Şuşa Qlobal Media Forumu keçirilir - VİDEO - YENİLƏNİB
19 iyul 2025 , 19:45
İlham Əliyevdən Ukrayna xalqına məsləhət: "Təslim olmayın"
19 iyul 2025 , 18:15
Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57