“Qarabağ”da 9 seçki dairəsi qaldı
Parlament seçkilərində 100 seçki dairəsi üzrə namizəd irəli sürməyə hazırlaşan “Qarabağ” Seçki Blokunda təmsil olunan partiyalar arasında müzakirələr davam edir.
Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadənin Lent.az-a verdiyi məlumata görə, artıq 91 dairə üzrə vahid namizəd məsələsi Ümid Partiyası, Demokrat Partiyası və Aydınlar Partiyası arasında razılaşma əldə olunub.
Ənvər Ağazadə bildirib ki, hazırda 9 dairə üzrə vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı partiyalar müzakirələri davam etdirirlər: “Ümid Partiyası və Demokrat Partiyası seçki dairələri üzrə namizədləri demək olar ki, razılaşdırmışdı. Aydınlar Partiyasının sonradan “Qarabağ” Seçki Blokuna qoşulması bir sıra dairələr üzrə müzakirələrin yenidən başlanılmasını şərtləndirdi. Artıq Aydınlar Partiyasının 13 təmsilçisinin namizədliyini irəli sürəcəyi dairə razılaşdırılıb. Ümumilikdə, yalnız 9 seçki dairəsində blokdakı 3 partiyanın iddialı namizədləri ilə bağlı razılaşdırmaya ehtiyac var”.
Ənvər Ağazadə deyib ki, 9 dairə üzrə də blokun vahid namizədləri bu həftənin sonuna qədər razılaşdırılacaq: “Bu həftənin şənbə günü ADP qərargahında partiya sədrlərinin blokun dairələr üzrə namizədləri ilə görüşü keçiriləcək. O vaxta qədər 9 dairə üzrə də məsələ həllini tapacaq. Bu məsələdə ciddi fikir ayrılığı olmayacaq”.
Ümid Partiyası Ali Məclisinin sədri onu da əlavə edib ki, sabah blokun İşçi Qrupunun iclası keçiriləcək. İclasda blokun seçki plakatı və seçkidə hansı şüarlarla çıxış etməsi müzakirə olunacaq.

Oxşar yazılar

Süni intellekt Putinin ölüm ilini PROQNOZLAŞDIRDI
19 iyul 2025 , 22:49
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir - İlham Əliyev
19 iyul 2025 , 20:25
III Şuşa Qlobal Media Forumu keçirilir - VİDEO - YENİLƏNİB
19 iyul 2025 , 19:45
İlham Əliyevdən Ukrayna xalqına məsləhət: "Təslim olmayın"
19 iyul 2025 , 18:15
Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57