Qarabağın tarixinə həsr olunmuş sənədli filmin təqdimatı keçirildi
Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) millət vəkili Həvva Məmmədovanın müəllifliyi ilə çəkilmiş “Dağlıq Qarabağ: Həqiqətlər, yalanlar...” adlı filmin təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, SAM-ın direktoru Elxan Nuriyev bildirib ki, 35 dəqiqəlik sənədli filmdə ilk dəfə olaraq xarici ekspertlər (ABŞ, Rusiya, Türkiyə, Qazaxıstan) Dağlıq Qarabağ və Azərbaycanla bağlı öz fikirlərini səsləndirib: “Dünya ictimaiyyəti bilməlidir ki, erməni sindromu mövcuddur və ona qarşı ciddi mübarizə aparılmalıdır”.
H.Məmmədova isə filmin ingilis dilinə tərcümə olunduğunu və digər dillərə də tərcümə olunacağını deyib. Filmin məsləhətçisi, deputat Rəbiyyət Aslanova dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadıqlarını söyləyib: “Onlar Dağlıq Qarabağla bağlı bugünkü status-kvonun dəyişdirilməsində maraqlı deyillər. Dünya sanki kordur, kardır”.
R.Aslanovanın fikrincə, 20 əsr insanı 21 əsr insanından daha xoşbəxt idi, çünki 20 əsr insanı münaqişələrin beynəlxalq təşkilatlar tərəfindən həll olunacağına inanırdı.
Millət vəkili Qənirə Paşayeva təklif edib ki, film Azərbaycanın xarici ölkələrdəki səfirlikləri vasitəsilə öncə Azərbaycan diasporuna çatdırılsın: “50 milyon azərbaycanlı bu filmi görməli, onu digər insanlar arasında yaymalıdır”.

Oxşar yazılar

Süni intellekt Putinin ölüm ilini PROQNOZLAŞDIRDI
19 iyul 2025 , 22:49
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir - İlham Əliyev
19 iyul 2025 , 20:25
III Şuşa Qlobal Media Forumu keçirilir - VİDEO - YENİLƏNİB
19 iyul 2025 , 19:45
İlham Əliyevdən Ukrayna xalqına məsləhət: "Təslim olmayın"
19 iyul 2025 , 18:15
Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57