Qoşunların təmas xəttində monitorinq keçiriləcək
21 yanvar 2010 12:45 (UTC +04:00)

Qoşunların təmas xəttində monitorinq keçiriləcək

Monitorinq Çəmənli kəndi yaxınlığında aparılacaq


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 22-də Ağdam rayonunun Çəmənli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və İrce Aberle keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Vladimir Çontulov və Caslan Nurtazin keçirəcəklər.
# 326

Oxşar yazılar