Kanada və Türkmənistandakı səfirlərimiz geri çağırıldı
16 yanvar 2010 20:00 (UTC +04:00)

Kanada və Türkmənistandakı səfirlərimiz geri çağırıldı

Azərbaycan Prezidenti İlham Əliyev Məmməd Novruz oğlu Əliyevin Azərbaycan Respublikasının İspaniya Krallığında, Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri və Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.


Lent.az-ın Prezidentin mətbuat xidmətinə istinadən məlumatına görə, ölkə başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri Elxan Bahadur oğlu Hüseynov vəzifəsindən geri çağırılıb.
# 647

Oxşar yazılar