“Freedom House” səhvini düzəldib
16 yanvar 2010 14:30 (UTC +04:00)

“Freedom House” səhvini düzəldib

2009-cu il “Dünyanın Azadlıq Xəritəsi”ndə Dağlıq Qarabağın Azərbaycan və Ermənistan tərəfindən müştərək idarə olunan ərazi kimi qeyd olunmasına Azərbaycan ictimaiyyətinin etirazından sonra “Freedom House” səhvini qismən düzəldib.


APA-nın Vaşinqton müxbirinin məlumatına görə, təşkilat yeni dərc olunan xəritədə Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi göstərib.


“Freedom House” təşkilatının nümayəndəsi APA-nın Vaşinqton müxbirinə bildirib ki, təşkilat heç vaxt Dağlıq Qarabağı müstəqil tərəf kimi tanımayıb.

Buna baxmayaraq, “Freedom House” 2010-cu il hesabatında Dağlıq Qarabağı “qismən azad” kimi göstərib.

“Freedom House”ın tərtib etdiyi yeni xəritəni aşağidakı ünvanda tapmaq olar:

http://www.freedomhouse.org/uploads /fiw10/FIW_2010_Map_CEE-FSU.pdf
# 340

Oxşar yazılar