Ermənilər Azərbaycan torpaqlarında hərbi təlim keçirlər
Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında hərbi təlimlər keçirilib. APA-nın məlumatına görə, təlimləri işğalçı Ermənistanın prezidenti Serj Sərkisyan və işğal altında olan Azərbaycan torpaqlarında fəaliyyət göstərən separatçı rejimin rəhbəri, “DQR prezidenti” Bako Saakyan da izləyib.
Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Serj Sərkisyanı işğal olunmuş Azərbaycan torpaqlarına səfəri zamanı müdafiə naziri Seyran Ohanyan, yüksək rütbəli hərbçilər müşayiət ediblər. Sərkisyan qoşunların təmas xəttindəki mövqelərə baş çəkib, qondarma “Dağlıq Qarabağ ordusu”nunu hərbi hazırlığı ilə tanış olub. Ermənistan prezidenti həmçinin işğalçı hərbi birləşmələrdən birinin zabitlərinə yeni tikilmiş mənzillərin verilməsində də iştirak edib.

Oxşar yazılar

Süni intellekt Putinin ölüm ilini PROQNOZLAŞDIRDI
19 iyul 2025 , 22:49
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir - İlham Əliyev
19 iyul 2025 , 20:25
III Şuşa Qlobal Media Forumu keçirilir - VİDEO - YENİLƏNİB
19 iyul 2025 , 19:45
İlham Əliyevdən Ukrayna xalqına məsləhət: "Təslim olmayın"
19 iyul 2025 , 18:15
Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57