Xərçəng əleyhinə  yeni dərman   tapıldı
08 iyun 2022 09:05 (UTC +04:00)

Xərçəng əleyhinə yeni dərman tapıldı

Baylor Kollecinin alimləri xərçəng əleyhinə BET zülal inqibatorunu müəyyən ediblər. 

Lent.az xəbər verir ki, bu barədə “Proceedings of the National Academy of Sciences” jurnalında məqalə dərc olunub. 

Məlumata görə, tədqiqatçılar xərçəngin inkişafının qarşısını alan yüksək spesifik birləşmələr aşkarlayıblar. Belə ki, BET BD1 inqibatorunun yan təsirləri az olan xərçəng əleyhinə effektiv dərmanların hazırlanmasında istifadə ediblər.  

Bu dərmanı əldə etmək üçün milyardlarla birləşmənin yoxlanıldığı bildirilir. Hüceyrələrlə aparılan laboratoriya təcrübələrində yeni BD1 inqibatoru aşkar şəkildə anti-leykemiya təsiri göstərib. 
 

# 2049
avatar

Sevinc Fərid

Oxşar yazılar