Səhər yeməyində vacib qidalar  hansılardır?
29 iyul 2022 09:07 (UTC +04:00)

Səhər yeməyində vacib qidalar hansılardır?

Səhər yeməyi hər zaman günün ən vacib yeməyi sayılır. Səhərlər vaxtında və keyfiyyətli qidalanmaq vacib şərtlərdən biridir. Çünki axşam yeməyindən sonra 8-12 saat ac qalan metabolizmanı canlandırmaq üçün səhər yeməyi mütləqdir. Həmçinin, o gün ərzində əlavə kalori qəbulunun qarşısını alır və beyin üçün lazım olan qlükozanı təmin etmək baxımından da əhəmiyyətli vərdişdir. 

Bəs, səhər yeməyində əsas vacib qidalar hansılardır? 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk növbədə karbohidratlarla zəngin olan qidalara üstünlük vermək lazımdır. Çünki gün ərzində enerji üçün səhər yeməyinə mütləq karbohidrat olmalıdır. Taxıl tərkibli məhsullara üstünlük verilməlidir. Buna 1-2 dilim çörək və ya digər un məlumatlarını misal çəkmək olar. 

Zeytun, pendir, yumurta və təbii bal kimi qidalar səhər yeməyinin vazkeçilməzidir. Menyunu zənginləşdirmək üçün bol vitaminli bibər, pomidor, xiyar kimi tərəvəzləri qəbul  etmək lazımdır. 

Səhər yeməyi süfrəsində qızardılmış və tərkibində kolbasa, sosiska kimi qatqılar olan işlənmiş qidalardan uzaq durmaq lazımdır.

Səhər yeməyində içilən qara çay maddələr mübadiləsi üçün faydalı olan qidalara mənfi təsir göstərir. Əgər çay çox istəyirsinizsə, bu zaman açıq rəngli və içinə limon dilimi əlavə olunmuş çay olsa daha məsləhətdir. Səhər yeməyində bu içkilərin qəbulu qan şəkərini yüksəldir. 

Səhərlər mövsümə uyğun olaraq meyvə də yemək olar. Bu orqanizmi vitaminlərlə zənginləşdirmək üçün yaxşı yoldur. Meyvələri yaxşıca yuyub, sonra qabıqlı qəbul etmək tövsiyə edilir. 

Səhər yeməyində uşaqlar üçün badam, fındıq və qoz ana südü qədər vacib sayılır. Bu qidalar qanda xolesterin səviyyəsini nizama salır və yüksək enerjili olduqları üçün uzun vaxt tox saxlayır. 

# 3603
avatar

Sevinc Fərid

Oxşar yazılar