Göz ətrafındakı qırışlardan belə XİLAS OLUN
16 yanvar 2023 19:27 (UTC +04:00)

Göz ətrafındakı qırışlardan belə XİLAS OLUN

Göz ətrafındakı qırışlar sizi yorğun və yaşlı göstərir. Yaşlandıqca üzdəki cizgilər aydınlaşır, qırışlar və sallanmalar artır. Göz qapağında tez-tez görülən bu dəyişikliklərin əməliyyat olmadan da qarşısı alına bilər. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, göz ətrafını cavanlaşdırmaq üçün göz içində və ətrafında çoxlu müalicələr edilməlidir.

Göz ətrafındakı qırışlar, göz altında torbalar, göz altındakı göyərmələr, aşağı düşmə kimi xəstəliklər göz ətrafında cərrahi müdaxilə olmadan müalicə edilə bilən xəstəliklərdir.

Ödem və şişlik görünüşünə qarşı qoruyucu olan göz ətrafındakı əzələ quruluşu da yaşla birlikdə boşalır, torbalanma və şişkinlik daha da artır.

Bu nahiyə üçün xüsusi olaraq istehsal edilən hialuron turşusuna əsaslanan dolğu tətbiqləri, göz altındakı dərinin bərpası, qırışların və göz altındakı qara dairələrin azalması, A, C, E kimi vitaminlər, antioksidant maddələr, minerallar, amin turşuları, hialuron turşusu kimi maddələrin xüsusi qarışım halına salınaraq dərinin alt qatlarına yeridilməsi mezoterapiya tətbiqi, göz qırışları üçün botulinum toksin inyeksiyaları və plazma tətbiqi qənaətbəxş nəticə verir.

Bu sayədə göz ətrafındakı qırışlar azalır, çökmələr, şişliklər, göyərmələr və torbalar sağalır, daha enerjili və canlı görünüş əldə edilir.

# 2202
avatar

Oxşar yazılar