Piylənmə xərçəng riskini 70%-ə qədər artırır - AÇIQLAMA
03 fevral 2023 04:58 (UTC +04:00)

Piylənmə xərçəng riskini 70%-ə qədər artırır - AÇIQLAMA

Piylənmə xərçəngə tutulma riskini 70%-ə qədər artırır.

Lent.az  “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin baş müstəqil onkoloqu İvan Stilidi bildirib.

“Araşdırmalara görə, piylənmə kolorektal, döş, uşaqlıq və mədəaltı vəzi xərçəngləri də daxil olmaqla bir sıra xərçəng növlərinin inkişaf riskini artırır. Müxtəlif müəlliflərə görə risk artımı dərəcəsi 30-70% arasında dəyişir”, - deyə Stilidi bildriib.

Onun sözlərinə görə, artıq çəkisi olan insanlar bioloji aktiv maddələrin və sitokinlərin istehsalının pozulmasını əhəmiyyətli dərəcədə artırır. Bağırsaq xərçənginin inkişafına gəldikdə, Stilidi qeyd etdi ki, piylənmə olan insanlarda bağırsaq mikroflorasının tərkibi pozulur - bu, bədənin həmin hissəsində xərçəngin inkişafına kömək edir.

# 1569
avatar

Oxşar yazılar