Prezident və birinci xanım Ağdama gedib-FOTO -YENİLƏNİB
02 may 2023 21:08 (UTC +04:00)

Prezident və birinci xanım Ağdama gedib-FOTO-YENİLƏNİB

Xəbərə foto əlavə olunub. 

***

16.32

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam rayonuna səfər ediblər.

Lent.az xəbər verir ki, dövlət başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyublar.

Daha sonra dövlətimizin başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.

# 3516
avatar

Oxşar yazılar