İlham Əliyev Rusiyaya getdi -YENİLƏNİB
07 oktyabr 2022 12:49 (UTC +04:00)

İlham Əliyev Rusiyaya getdi -YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.

Lent.az xəbər verir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-1 hava limanında dövlət başçısı İlham Əliyevi Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.

 

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

Lent.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

# 3588
avatar

Oxşar yazılar