İlham Əliyev Cəbrayıl rayonuna gedib
04 may 2023 16:17 (UTC +04:00)

İlham Əliyev Cəbrayıl rayonuna gedib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl rayonuna səfər edib.

Lent.az xəbər verir ki, dövlət başçısı Xudafərin qəsəbəsinin təməlini qoyub, “Azərenerji” ASC-nin “Cəbrayıl” enerji qovşağının açılışında iştirak edib, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub,

“Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-nin, Şükürbəyli kəndinin təməlini qoyub, Cəbrayıl şəhərində Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub, Horovlu kəndinin təməlini qoyub.

# 1809
avatar

Oxşar yazılar