Prezident İlham Əliyev
18 mart 2022 13:39 (UTC +04:00)

Prezident İlham Əliyev

Prezident bu idmançılara 1 milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Lent.az xəbər verir ki, Sərəncama əsasən, 23 yaşadək güləşçilərin Avropa çempionatında yüksək nəticə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

# 2319
avatar

Oxşar yazılar