Prezident İlham Əliyev
26 iyul 2021 13:49 (UTC +04:00)

Prezident İlham Əliyev

Azərbaycan bu ölkələrə yeni səfir təyin etdi - YENİLƏNİB

Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 

***
Cavanşir Əşrəf oğlu Axundov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Elnur İxtiyar oğlu Sultanov Azərbyacanın Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

 

13:35

Belçika Krallığına və İsveçrə Konfederasiyasına yeni fövqəladə və səlahiyyətli səfirlər təyin edilib.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Vaqif İsmayıl oğlu Sadıqov isə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

# 3102
avatar

Oxşar yazılar