Rusiyalı məşhurlar hansı  Azərbaycan yeməyini   bişirə bilir? -  VİDEO
28 oktyabr 2022 15:32 (UTC +04:00)

Rusiyalı məşhurlar hansı Azərbaycan yeməyini bişirə bilir? - VİDEO

Azərbaycan öz zəngin mətbəxi ilə dünyada məşhurdur. Milli mətbəximiz dedikdə ilk öncə ağlımıza dünyanın qədim, zəngin və ləzzətli yeməkləri ilə bol olan bir mətbəx gəlir. Azərbaycana, xüsusilə Bakıya gələn əcnəbilər uzun müddət yeməklərimizin dadını unuda bilmirlər.

Rusiya mətbuatında isə ölkənin estrada ulduzlarının Azərbaycanda öyrəndikləri yeməklərin siyahısı açıqlanıb.

Lent.az həmin siyahını təqdim edir:

Məşhur aktrisa Yelena Proklova 15 yaşında Bakıda olarkən Şah Plov bişirməyi öyrənib. Ondan sonra isə özü müstəqil şəkildə bişirməyə başlayıb. Bu günə qədər də tez-tez bu yeməyi hazırlayan Proklova, Şah Plovu dünyanın ən dadlı yeməyi hesab etdiyini bildirib:

“Mənə elə gəlir ki, Azərbaycan mətbəxi dünyanın ən faydalı, sağlam və ləzzətli mətbəxlərindən biridir”.

Başqa bir musiqiçi Emil Kadırovun ən sevdiyi Azərbaycan yeməyi isə "Üç bacı" dolmasıdır. Məlumata görə, Emil bu yeməyi bişirməyi çox sevir və hətta iddia edir ki, dolmanı bişirməkdə peşəkar aşpazdan geri qalmır.

Aktrisa Olqa Lermanın həm sevərək bişirdiyi, həm də yediyi yemək küküdür. Olqa bildirib ki, uşaqlıqdan bu yeməyi hazırlaya bilir. Hətta o, kükünü qızına bişirməyi də öyrədib.

Olqa Lerman milli mətbəximiz haqqında bu sözləri deyib: 

"Azərbaycan mətbəxi xüsusi zövq və məhəbbət doğurur. Və bu heç də təsadüfi deyil. Azərbaycan qastronomik turizmə görə ən populyar MDB ölkələrinin ilk beşliyində ikinci yerdədir".

Müğənni Jasminin bişirə bildiyi Azərbaycan yeməyi isə qutabdır. O, qutabı çox asan bir şəkildə hazırladığını bildirib. Xəmir yeməklərini sevən Jasmin, həmçinin düşbərəni də Azərbaycan üsulu ilə bişirdiyini qeyd edib.

Teleaparıcı və bloqer Mixail Şirvindinin Qəbələdə yediyi “Daşarası kababı” ən sevdiyi Azərbaycan yeməyidir. O, bloqlarında Azərbaycan mətbəxini lentə aldığı görüntüləri paylaşaraq milli mətbəximizə aşiq olduğunu bildirib.

Şirvindinin sözlərinə görə, əgər bu yeməyi bişirmək istəyirsinizsə, mütləq Azərbaycanda hazırlamalısınız.

 

 

# 5478
avatar

Sevinc Fərid

Oxşar yazılar