Mors   nədir və necə hazırlanır?
07 oktyabr 2023 20:03 (UTC +04:00)

Mors nədir və necə hazırlanır?

Rus xalq təbabətində qışda soyuqdəymədən qorunmaq, immuniteti gücləndirmək  və yayda sərinləmək üçün mors adlı içkidən çox istifadə olunur. Bəs mors nədir və o necə hazırlanır?

Lent.az xəbər verir ki, ruslar morsu əsasən moruq, qarağat kimi giləmeyvələrdən hazırlayırlar.

Bizim təbiət isə bu dadlı içkini ilin bütün fəsillərində hazırlamağa imkan verir. Onu yazda çiyələk, moruq, albalı, yayda üzüm, ərik, şaftalı kimi istənilən mövsüm meyvəsindən hazırlamaq olar. Morsu qışda da içə bilərsiniz. Bunun üçün yaydan tədarük edib dondurucuda saxladığınız nar, zoğal, qarağat, quşüzümü, çaytikanı, zirinc kimi meyvələrdən istifadə etmək olar.

Mors üçün 500 qram meyvə, 2 litr su, 2 xörək qaşığı da bal lazımdır.

Öncə meyvəni yuyub təmizləyin, mümkündürsə, tumlarından ayırın. Meyvəni əzmək daha yaxşı olar. Belə olan halda o şirəsini tam buraxacaq. Əzilmiş meyvənin üzərinə 2 litr su töküb 5 dəqiqə vam odda bişirin.

Odun üzərindən götürdükdən sonra süzərək mayeni meyvələrdən ayırın. 50 dərəcə istiliyə düşdükdən sonra meyvə suyuna 2 xörək qaşığı bal töküb qarışdırın.

Mors hazırdır. Onu sərin halda içmək lazımdır. Morsu uzun müddət saxlamaq düzgün deyil. Çünki tərkibindəki vitaminlər ölür.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10239
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar