Ədviyyatların   istifadə müddəti nə qədərdir?
03 iyun 2023 17:31 (UTC +04:00)

Ədviyyatların istifadə müddəti nə qədərdir?

Son istifadə tarixi qida təhlükəsizliyi baxımından mühüm prosedurdur. Əgər məhsulun yararlılıq müddəti keçibsə, istehlak edilməməlidir. Qablaşdırılmış ədviyyatların üzərində adətən son istifadə tarixi olur. Ancaq ədviyyatı alırsınızsa, heç bir son istifadə tarixini görmürük. Belə hallarda ədviyyatların saxlama müddətini bilmək lazımdır.

Lent.az xəbər verir ki, hər bir ədviyyatın saxlama müddəti bitkidən asılı olaraq dəyişir. Ədviyyatın emal üsulu, qablaşdırılması və saxlanma şəraiti saxlama müddətinə təsir edən amillərdəndir. Orta hesabla, qurudulmuş ədviyyatların və otların əksəriyyətinin ömrü üç ildir.

Ancaq bəzi ədviyyatların saxlama müddəti daha qısadır. Ədviyyatların təzə olub-olmadığını müəyyən etmək üçün nəzərə alınmalı bir neçə üsul var. Bunlara rəng dəyişikliyi, qoxunun yoxa çıxması, kif və infestasiya əlamətləri daxildir. Bu əlamətlərdən hər hansı biri görünsə, o ədviyyatı atmalısınız.

Ədviyyatların istifadə müddətini uzatmaq üçün onları hermetik şəkildə sərin, qaranlıq və quru yerdə saxlamalısınız. Çöldə birbaşa günəş işığı altında saxlasanız, ədviyyat istiliyi özünə çəkib bir müddət sonra nəmləndiyi üçün tez xarab olur.

# 2838
avatar

Oxşar yazılar