Yazıçı Anarın 85 yaşı tamam olur
14 mart 2023 10:42 (UTC +04:00)

Yazıçı Anarın 85 yaşı tamam olur

Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın 85 yaşı tamam olur.

Anar Rzayev 1938-ci ildə anadan olub. Atası Xalq Şairi Rəsul Rza, anası Xalq Şairi Nigar Rəfibəylidir. Anar 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir.

1991-ci ildə müstəqil Azərbaycanın Milli Məclisinin ilk iclasını açmaq Anara qismət olub. 2 dəfə (1995 və 2000-ci illərdə) deputat seçilib.  

Bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də 60 yaşı münasibətilə ölkənin ən yüksək mükafatı, “İstiqlal ordeni” ilə təltif edilib. 1998-ci ildə “Xalq Yazıçısı” fəxri adına layiq görülüb. Ailəlidir. İki övladı var.

Anara 85 illik ömrünü necə yaşayıb, özünü necə xarakterizə edir? Bu sula müsahibələrdən birində yazıçı öz yazdığı bir şeirlə cavab verib.

Özgələrçün əlləş, çalış,
Özün üçün yaşamamış,
Yaşamağa başlamamış
Öldüyüm üçün ağlaram.

Yazıçı uzun illər Yazıçılar Birliyinin sədri vəzifəsində olduğuna görə, bəzən qınaq obyektinə çevrilib. Onu da , rəhbərlik etdiyi qurumu da tənqid edənlər olub. Onunsa “Yazıçılar Birliyinin ünvanına olmazın böhtanlar, yalanlar, təhqirlər yağdıranlar nədən küsüblər və bizdən nə umurlar? Məhz onlar kimi düşünməyimizi, hadisələri ancaq onlar kimi qiymətləndirməyimizi, heç vaxt, heç kəsdən asılı olmayan öz müstəqil mövqeyimizi, münasibətimizi bir qırağa qoyub onların dediyini deməyimizimi istəyirlər?!”.

Anar başqalarının sözünün köləsi yox, öz sözünün ağası olduğu üçün Anardır. Bir ziyalıdan cəmiyyətin gözlədiyi budur. Kütlənin axınına düşməmək, ən çətin anlarda belə aydın düşünmək, hadisələrə fərqli baxış bucağından baxmaq və praktiki həll yolları tapmaq,  O bu illər içində məhz bunu etdi, bu yolla getdi.

Lent.az Anara can sağlığı və yeni yaradıcılıq uğurları arzu edir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2760

Oxşar yazılar