Azərbaycanda yaşayan türkiyəli opera sənətçisi Oya Ergün yeni albom buraxmaq niyyətindədir. İfaçının Lent.az-a verdiyi məlumata görə, yeni albomda Baroko dövrünün musiqiləri yer alacaq: "Bu il ərzində ansamblımla bir çox barok konsertləri verdik və ünvanımıza o qədər gözəl təriflər aldıq ki, bunu alboma çevirmək qərarını verdik".
Xatırladaq ki, ifaçı alboma "Baroque Lace" (Barok Dantel) adını verib. Sözügedən albom üzərində azərbaycanlı musiqiçilərdən ibarət ansamblı çalışıb.
Oya xanım deyir ki, yeni diskini mayın 23-də dünyasını dəyişmiş atasının doğum günündə dinləyicilərin ixtiyarına verməyi planlaşdırsa da, bəzi texniki problemlər üzündən gecikib: "İnşallah iyun ayının ortalarında disk əlimizdə olacaq. Əminəm ki, bu albomum barokk musiqisinin heyranlarına sùrpriz olacaq".