Səfirlikdə Dekabr bayramlarına şənlik  təşkil olunub
30 dekabr 2012 05:44 (UTC +04:00)

Səfirlikdə Dekabr bayramlarına şənlik  təşkil olunub

 

Səfirlikdə Dekabr bayramları şənliyi  təşkil olunub

Azərbaycanın Türkiyədəki səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bayram şənliyi təşkil olunub.

 

Lent.az-a səfirlikdən daxil olan məlumata görə, tədbirdə, çox sayda diaspor nümayəndələri, Türkiyə ictimaiyyətindən olan elm, siyasət və incəsənət xadimləri, Ankarada təhsil alan tələbələrimiz, müxtəlif ictimai birliklərin təmsilçiləri və səfirliyin əməkdaşları iştirak edib.

 

Tədbirdə çıxış edən səfir Faiq Bağırov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən danışıb və Azərbaycan prezidenti  İlham Əliyevin  bu günlə bağlı dünya azərbaycanlılarına ünvanladığı müraciətini oxuyub.

 

Daha sonra bir neçə diaspor nümayəndələri Həmrəylik Gününün önəmindən danışıblar. Ardından tədbirin, hər il ənənə halını alan səfirliyin təşəkkürnamələrinin təqdimatı hissəsi keçirilib. İl ərzində Azərbaycanın  təbliği ilə bağlı tədbirlərdə fəal iştirak edən diaspor nümayəndələri səfirliyin təşəkkürnamələri ilə təltif edilməsi tədbir iştirakçıları arasında böyük həyəcan və sevinc hisslərinin yaşanmasına səbəb olub.

 

Daha sonra tədbir iştirakçılarına ziyafət verilib.    

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 787

Oxşar yazılar