Nadia Styles, Mercedes Carrera ve Nina Elle adlı porno ulduzlar “Bozun 50 çaları” filmini tənqid ediblər. Lent.azın xarici mətbuata istinadən verdiyi məlumata görə filmi izləyən üç porno ulduz onu bəyənməyiblər.
Porno ulduzlar filmi beş maddədə belə dəyərləndiriblər:
1. Cansıxıcı, köhnə fikirli və dominant kişi ilə sözəbaxan qadın kimi klişeləşmiş bir mövzudur. Porno sahəsi neçə illərdir ki, bu mövzuda filmlər çəkmir.
2. Filmin biletləri çox bahadır. O qədər pulu verib iki oyunçunu seyr etmək yerinə həqiqi dialoqları və səhnələri olan bizim filmlərə internetdən havayı baxa bilərlər.
3. Kitab olduqca pis yazılıb, xüsusilə orqazmla bağlı bənzətmələr çox səviyyəsizdir.
4. Erotik deyil. “Süngər Bob”dan fərqi yoxdur. 2015-ci ildə yaşamağımıza baxmayaraq hələ də kameradan kişi cinsi orqanını gizlədirlər.
5. Bir məsləhət: biletə verdiyiniz pulu azad kinoya xərcləyin.