Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi ilə bağlı dünyanın tanınmış alimlərinin «Nizami Gəncəvi - dahi Azərbaycan şairi» adı altında məqalələrinin toplusundan ibarət ilk dəfədir kitab hazırlanılır.
Lent.az-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən daxil olan məlumata əsasən, Gəncə şəhər icra hakimiyyətinin ev sahibliyi ilə yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Amerikada fəaliyyət göstərən Qarabağ Fondu ilə birlikdə ölkələrin Milli Kitabxanalarına, elm və mədəniyyət mərkəzlərinə göndərilməsi üçün Nizami Gəncəvi, onun yaşadığı məkan, dövrünün mədəniyyəti, Nizaminin dünya xəzinəsinə verdiyi töhfənin təqdim olunması üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasına daxil olan dünya miqyaslı ziyalılar və ictimai xadimlərin məqalələrindən və Mərkəzə məxsus olan orijinal illüstrasiya və əlyazmalardan ibarət nəfis tərtibatlı kitab hazırlanır.
Bura məşhur İsgəndəriyyə Kitabxanasının direktoru cənab Dr. İsmayıl Seragəldin, Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga, Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva, Türkiyənin 9-cü prezidenti Süleyman Dəmirəl, YUNE
İsgəndəriyyə Kitabxanasının direktoru doktor İsmayıl Seragəldin «Şərq ədəbiyyatının və mədəniyyətinin atası sayılan Nizami Gəncəvinin irsini daima yaşatmalıyıq», Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga «Nizami Gəncəvi Azərbaycan xalqının sərvətidir», Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva «Nizaminin ruhu, qəlbi daima azəri olub», Türkiyənin 9-cü prezidenti Süleyman Dəmirəl «Nizami Türk dünyasının qürurudur, ən parlaq simasıdır», Baronessa Susan Greenfield «12-ci əsr Azərbaycanda dünyaya gəlib, Şərq intibahının ən nüfuzlu siması olan dahi Nizami».