Bəstəkar Sevinc Tofiqqızı yeni bəstəsini futbola həsr edib. Lent.az-ın məlumatına görə, “Futbol himni” adlanan mahnının sözləri Baba Vəziroğluna məxsusdur.
S.Tofiqqızı bəstəni Aslan Hüseynovun səsləndirəcəyini deyib: “Gözəl alınacağına əminəm. Tezliklə mahnıya klip də çəkiləcək və böyük təqdimat ediləcək. Baba Vəziroğlu ilə işbirliyimiz bununla bitmir, yeni mahnılar da hazırlayırıq”.