Xalq artisti hansı kişi aktyorun hamilə qalacağını iddia edib? - Məşhurlardan gülməcələr
01 mart 2023 18:33 (UTC +04:00)

Xalq artisti hansı kişi aktyorun hamilə qalacağını iddia edib? - Məşhurlardan gülməcələr

Lent.az “Məşhurlardan gülməcələr” silsiləsinə davam edir.

Bir gün kamança ustası, Xalq artisti Habil Əliyev Akademik Milli Dram Teatrının bir qrup aktyoru ilə qastrola getməli olur. Qatarda Habil Əliyev 3 başqa aktyorla eyni kupeyə düşür. Teatrın xalq artistlərindən biri (hazırda sağdır) dayanmadan özünü öyür, hey tərifləyirmiş.

O, heç kimə danışmağa imkan vermir, gah deyir, “Mən  ən yaraşıqlı kişi aktyor sayılıram”, gah deyir fanatlarımın əlindən çölə çıxa bilmirəm, gah da deyir filan rolu məndən yaxşı oynayan tapılmaz. Qısası, o qədər "mən-mən" deyir ki, Habil Əliyevin ovqatı əməlli-başlı təlx olur. Di gəl ki, özünü çox sevən həmsöhbəti susmur ki, susmur.

Habil Əliyev sonda deyir: “A kişi, sən özünə əməlli-başlı aşiq olmusan, bu gedişlə 9 ay sonra özündən hamilə qalacaqsan, xəbərin olsun”.

Sonralar Habil Əliyev həmin Xalq artistini görəndə zarafatla soruşurmuş. “Nə oldu, uşaq doğuldu?”
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2349

Oxşar yazılar