Rejissor Con Favro pandemiyadan öncə başlatdığı “Ulduz müharibələri”ni yeni mövsümdə “Mandalorslu” adlı seriya ilə davam etdirəcək.
Lent.az-ın xəbərinə görə, fantastik janrda çəkilən silsilə filmlər kainatdakı şüurlu varlıqların qalaktikalararası mühariəsindən bəhs edir. Mandalors adlı planetin sakini Cin Carin öz planetindən qovulub, lakin o sadiq döyüşçü olaraq planetinin kralicası Bo Katanın əmrlərinə müntəzirdir, onu qorumaq naminə hər fədakarlığa və canından keçməyə hazırdır.
“Ulduz müharibələri” növbəti mövsümdə tamaşaçıları ekran qarşısına kilidləyə biləcəkmi? Bu sualın cavabını filmi Disney+ platformasında izləyərək tapa bilərsiniz.