Ukraynadakı müharibədən film ÇƏKİLDİ:  Zelenski də iştirak etdi
24 yanvar 2023 19:25 (UTC +04:00)

Ukraynadakı müharibədən film ÇƏKİLDİ: Zelenski də iştirak etdi

Amerikalı aktyor və rejissor Şon Penn "Berlin Film Festivalı"nda Ukraynada baş verən hadisələrdən bəhs edən “Super güc” sənədli filmini təqdim edəcək. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, film Ukrayna hadisələrindən bəhs edən digər filmlərlə yanaşı müsabiqədənkənar proqram çərçivəsində nümayiş etdiriləcək.

Filmdə Ukrayna prezidenti Vladimir Zelenskinin iştirak etdiyi məlum olub.

73-cü Berlin Beynəlxalq Film Festivalı fevralın 16-dan 26-dək keçiriləcək.

Ukrayna prezidenti bir müddət əvvəl bildirmişdi ki, Şon Penn ölkədə baş verənlərlə bağlı sənədli film çəkir.

“Tam miqyaslı işğalın ilk günündən o, Kiyevdə idi və Rusiya təcavüzünün nə olduğunu öz gözləri ilə gördü. Tezliklə bütün dünya onun filmi sayəsində müharibə ilə bağlı bütün həqiqətləri görə biləcək”, - deyə Ukrayna lideri qeyd edib.

# 1740
avatar

Fidan İlqar

Oxşar yazılar