Tamaşaçını sevgiyə inandıran 10 film 10 cüt sevgili
06 mart 2023 09:55 (UTC +04:00)

Tamaşaçını sevgiyə inandıran 10 film 10 cüt sevgili

Demək olar ki, bütün bədii filmlərdən sevgi xətti keçir. Bəs hansı film tamaşaçını sevgiyə inandıra bilib, hansı cütlük sevgili rollarını daha inandırıcı oynayıb? 

Lent.az bu barədə  danışır.

“Yaddaş gündəliyi” filmindəki Noy və Elli maneələri aşaraq, möhkəm ailə qururlar və bu obrazlar tamaşaçıya çox xoş gəlir.

“Nifrətimin 10 səbəbi” filmində Ket və Patrik kütlədən ayrılaraq öz prinsiplərinə və bir - birlərinə sadiq qalmağı bacarırlar.

“La la Lend” filmində Mia və Sebastian cütlüyünün münasibətləri sevgiyə inam yaradır.

“9 həftə yarım” filmindəki Elizabet və Conu izləsəniz sevgiyə inamınız artacaq.

“Dostlar” serialında  Monika və Çendler ən yaxşı sevginin dostluq üzərində qurulduğunu bəyan edir.

“Ofis” sitkomunda Cim və Pem cütlüyünün sevgisi çox inandırıcıdır.

"Bizim ev" filmində baş qəhrəmanların bir- birləri üçün etdikləri fədakarlıq, anlaşma isti duyğular oyandırır.

“Ac oyunlar”da Kitniss və Pitanın sevgisi oddan, buzdan keçmiş sevgi sayılır.

“Harri Porter”  filmində Ron və Germinanın sevgisi zamanla sevginin daha da böyüməsinə inandırır.

“Ruh” filmində Sem və Mollinin  sevgisi ölümdən sonra da davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2924

Oxşar yazılar