Step, Çeçetka, Jiqa yoxsa Flaminko- Ayaqların rəqsi BELƏ YARANIB
03 mart 2023 16:47 (UTC +04:00)

Step, Çeçetka, Jiqa yoxsa Flaminko- Ayaqların rəqsi BELƏ YARANIB

Bu gözəl rəqsi heyranlıqla izləməyən az adam tapılar. Müasir adı Step olsa da, onu  ötən əsrin ortalarında Ceçetka adlandıranlar da vardı. Ayaqların rəqsi indi bütün dünyada irland xalq rəqsi kimi tanınsa da, əslində bir neçə xalqın ritmlərindən yaranıb. Onda həm  ispanların “Flamenko”sunun, həm irlandların “Jiqa”sının, həm Afrika qəbilələrinin, həm milli rus rəqslərinin elementləri var.

Lent.az "Belə yaranıb" rubrikasında bu sehirli rəqs barədə maraqlı faktları təqdim edir.

Bu rəqs Amerikada “doğulub” və Avropaya yayılıb.

XIX əsrin sonu, XX əsrin əvvəli bu rəqsin intibah dövrü oldu.

Step rəqsi üçün musiqi əsas şərt deyil. Ritm ayaqları yerə döyməklə yaradılır. Əvvəllər stepi yalın ayaqla oynayırdılar, sonra dəri ayaqqabıların dabanına və pəncəsinə dəmir altlıq vurmaqla səsi gücləndirmək oldu.

Stepi öncələr qaradərililər oynayırdı, daha sonra o kabarelərdə rəqs qrupları tərəfindən oynanıldı və daha sonra nadir insanların bacardığı xüsusi rəqsə çevrildi.

1830-cu il stepin rəsmi yaranma ili hesab olunur. Papa Rays adlı irland rəqqas müxtəlif rəqs elementlərini sintez edrək stepi yeni formada təqdim etdi və o gündən sonra bütün dünyada irlandlar ən yaxşı stepçilər hesab edilirlər.
Dünyada stepi ən sürətli oynayan rəqqas Maykl Rayn olub. O dəqiqədə 35 ayaq zərbəsi vura bilirdi.
Step öncələr tək oynanılsa da, indi o, cütlüklərin və ya bütün ansamblın sinxron təqdimatında daha gözəl görünür.
 Türkiyənin “Anadolu ateşi” ansamblı ayaq rəqslərinə türk və Qafqaz xalqlarının rəqs elementlərini qatmaqla yeni çalarlar yarada biliblər. Amma ən yaxşı step ustaları yenə də irlandiyalı rəqqaslar hesab olunurlar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2011

Oxşar yazılar