“Oskar”ın təqdimat mərasimində nə üçün Kraliça Sürrəya yad olundu? - Maraqlı tarix
16 mart 2023 16:36 (UTC +04:00)

“Oskar”ın təqdimat mərasimində nə üçün Kraliça Sürrəya yad olundu? - Maraqlı tarix

Qızların təhsil haqlarını müdafiə etdiyinə görə, Taliban tərəfindən vurulan, lakin həyatda qalmağı bacaran pakistanlı Malala “Oskar” mükafatlarnın təqdimat mərasimində bütün diqqəti öz üzərinə çəkə bildi. Belə ki, o, qadın haqları müdafiəçisi əfqan kraliça Sürəyyanın zinət əşyaları ilə görünərək, onun xatirəsini yad edib və anılmasına səbəb olub.

Lent.az-ın məlumatına görə, Nobel sülh mükafatının laureatı, aktivist Malala Yusifzay (25 yaş) bu mərasimə rejissor əri Asser Malik ilə dəvət alıb. Asser Malikin “Qapıdakı yad” filmi “Ən yaxşı qısametrajlı film” nominasiyasında qalib seçilib.

Malala əfqan kraliçanın brilliant sırğa və üzüyünü taxmaqla cəmiyyətə mesaj ötürüb. Malalanın  kraliçanın üzük və sırğasını məşhur simalara  əntiq zinət əşyalarnı kirayə verən “Fred Leighton” şirkətindən götürdüyü məlum olub.

Əfqanıstanın ilk kraliçası Sürəyya Tərzi ölkəsinin modernləşdirilməsinin tərəfdarı olan siyasətçi, jurnalist və intellektual Mahmud Tərzinin qızı idi. Atası monoqamiya tərəfdarı və bir arvadı olan nadir əfqanlardan idi. Sürəyya 1913-cü ildə Əfqanıstan əmirinin oğlu Əmənullah ilə ailə qurdu. Əri 1919-cu ildə əmir oldu. Əfqanıstan 1926-cı ildə krallıq elan  edilir. Bu zaman o kral olur. 

Bu dövrdə Türkiyədə, İranda, Misirdə və başqa müsəlman ölkələrində modernləşmə islahatları aparılırdı. Əmənullah xan da bu təmayülün tərəfdarı idi. O, arvadını da dövlət idarəçiliyinə cəlb edir. Sürəyya qadınların cəmiyyət həyatında fəal iştirakının, təhsil almalarının tərəfdarı idi. O, çıxışlarınn birində deyirdi: “Biz erkən İslam dövrünün qadınları kimi cəmiyyətimizə faydalı olmaq üçün mümkün qədər çox biliklər əldə etməliyik”. Kraliça qadınlar üçün jurnal və Anjuman-i Himayat-i-Nisvan adlı təşkilat yaratmışdı. O, 1928-ci ildə 15 qadını ali təhsil almaq üçün Türkiyəyə göndərir. 

Amma Əmənullah xan nə Atatürk, nə də Rza şah qədər güclü fiqur deyildi. Əfranıstan cəmiyyəti isə daha mürtəce əhvalda idi. Bu əhvalı Əmənullahın müstəqil siyasətindən narazı qalan ingilislər daha da körükləyirlər. Onlar 1927-1928-ci ildə əri ilə birlikdə Avropa səyahətinə çıxan kraliçanın kişilərlə xörək yeməsi, bu kişilərin onun əlini öpməsi əks olunan şəkilləri əhali arasında yayırlar. Nəticədə 1929-cu ildə Əmənullah xan devrildi və cütlük ölkəni tərk etdi. Kral 1960-cı ildə, kraliça Sürəyya Tərzi isə 1968-ci ildə Romada vəfat etdilər. Hər ikisinin nəşi Əfqanıstana aparılaraq Cəlilabadda dəfn olundu. Onların 1929-cu il təvəllüdlü qızı şahzadə İndia İtaliyada yaşasa da Əfqanıstana tez-tez gedir, xeyriyyəçilik və maarifliçiklə məşğul olur.

“Oskar” mərasimində kraliça Sürəyyanı hörmətlə yad edən Malala 1997-ci ildə Pakistanda doğulub. Qız uşaqlarının təhsil alması üçün çağırışlar edən Malala 15 yaşında,  yəni 2012-ci ildə Talibançılar tərəfindən başından güllələnib. İngiltərədə müalicə alan və hələ də bu ölkədə yaşayan Malala 2014-cü ildə Nobel Sülh mükafatına layiq görülərək, bu mükafatı alan ən gənc insan kimi  tarixə düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2145

Oxşar yazılar