Tanınmış türk müğənnisi, “arabeskin babası” Orhan Gencebay ölkəsinin yaşadığı dağıdıcı zəlzələdən sonra “Ey vətən, sən mənim cənnətimsən” adlı mahnı bəstələyib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ustad sənətkar verdiyi müsahibədə “belə günlərdə yaradıcı adamlar könüllərinin iztirabını yaratdıqları əsərlərlə ortaya qoyurlar. Mənim də ürəyim bu şəkildə öz dərdini hayqırmaq istədi” deyib.
Orhan Gencebay türk millətinə başsağlığı verərək, tezliklə çətin günlərin arxada qalacağına inandığını bildirib.
“Vətən, millət, dövlət və əcdadlarımız mövzusunda çox diqqətli bir insanam. Hamımızın yaşadığımız bu çətin günlərdə mənəvi dəyərlərimizə böyük diqqətlə yanaşmağımıza ehtiyac var. Bu müddətdə siyasi parçalanmalara yol vermək olmaz. Türkiyə güclü bir dövlətdir. Bu çətinliyi də aradan qaldıracaq. Yetər ki, biz insanlar ümidsiz olmayaq, gücümüzü itirməyək”,- deyə o bildirib.