"O çörək sizə zəhər olsun"  - Afaq Bəşirqızı Lent.az-a  nələr danışdı?
25 yanvar 2023 13:43 (UTC +04:00)

"O çörək sizə zəhər olsun" - Afaq Bəşirqızı Lent.az-a nələr danışdı?

“Bu xalq onda bədbəxt olur ki, onun mədəniyyətinə və mədəniyyət xadimlərinə soyuq münasibət bəslənilir. Tünzalə Əliyevanın övladına dəstək olmaq üçün fond yaradılması ilə bağlı xalqa yox, incəsənət xadimlərinə müraciət etdim”.

Bu sözləri Lent.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı mərhum aktrisa Tünzalə Əliyevanın qızına yardım olunması ilə bağlı sosial şəbəkə hesabındakı paylaşıma münasibət bildirərkən, deyib. 

Aktrisa onu da diqqətə çatdırıb ki, fond yaradılması təklifini incəsənət xadimlərinə ünvanlayıb:

“Tünzalə Əliyevanın qızı Zəhra üçün fond yaradılması təklifini incəsənət xadimləri üçün demişəm. Bunun xalqa aidiyyatı yoxdur. Vəssalam. Media nümayəndələri elə başlıqlar, elə yazılar yazırlar ki... Fikirlər kontekstdən çıxarılır. Camaat da yazını oxumamış, savadsız kütlə ağzına gələni yazır. Ayıb deyil? Sözüm jurnalistlərədir, yazı yazanda, başlıq qoyanda diqqətli olun. Məni təhqir etməklə çörək qazanırlarsa, o çörək zəhər olsun!”.

Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızı səhhəti ilə əlaqədar olaraq mərhum aktrisa Tünzalə Əliyevanın vida və dəfn mərasiminə qatılmamışdı.

# 6618
avatar

Nigar Namiq

Oxşar yazılar