Milli “Qayınana”mızın anım günüdür
10 mart 2023 18:03 (UTC +04:00)

Milli “Qayınana”mızın anım günüdür

O, Azərbaycan səhnəsinin əvəzolunması, milli “qaylnanamız”, milli brendimiz idi. Bu gün böyük sənətkarımız, Xalq artisti Nəsibə Zeynalovanın anım günüdür. Ömrü sənətə bağlı insan elə Milli Teatr günündə dünyadan köçüb.

Nəsibə Zeynalova 1916-cı il aprelin 20-da Bakıda tacir Cahangir Zeynalovun ailəsində doğulmuşdu. Cahangir Zeynalov eyni zamanda milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi idi. İlk dəfə səhnəyə 1885-ci ildə qız rolunda məhz o çıxmışdı. Atası ölərkən Nəsizə Zeynalova balacaydı, anası dünyadan bixəbər bir qadın idi. Gənc Nəsibə ailəni dolandırmaq  üçün zavodda fəhlə işləməyə başlayır, orda teatr dərnəyinə yazılmaqla həyat yolu dəyişir. Günlərin birində Şəmsi Bədəlbəyli onun istedadını zavodun özfəaliyyət dərnəyinin çıxışında görür və Nəsibəni Musiqili Komediya Teatrına işə götürür. Onun köməkliyi ilə Nəsibə xanım Bakı Teatr Texnikumunu da bitirir. 

Gənc yaşında ailə quran aktrisanın həyat yoldaşı İkinci dünya müharibəsndə həlak olub. İkinci dəfə 38 yaşında ailə quran aktrisanın əri Mütəllim Novruzov ondan 11 yaş kiçik idi. Bu ailə böyük inam, sevgi üzərində qurulmuşdu. Nəsibə Zeynalova ərini çox sevib, ömründə şirin sözün nə demək olduğunu onunla evləndikdən sonra anladığını deyirmiş. Mütəllim Novruzov vəfat edəndə Nəsibə xanım insult keçirir, ondan sonra 10 il yaşasa da, son illəri xəstəlik içərisində keçir. Əri də, Nəsibə xanım da mart ayında həyata vida edib.

Nəsibə xanım hər nə qədər komediya aktrisası olsa da, xarakteri bir o qədər ciddi, ağır və hətta çətin imiş. Özü bunu etiraf edirmiş və hətta gəlini Elnarədən halallıq da istəyibmiş.

Aktrisa öz nəvəsi Nəsibəni qızlığa götürüb. Sənədlə  övladlığa götürüb, Cahangir Zeynalovun qızı Nəsibə sənəd üzərində babası Mütəllimin qızıdır. 

Çox yaxşı yemək bişirməyi varmış. Verdiyi müsahibələrdən birində deyərdi ki, israfçılığı heç sevmir, “ Kiftəni  evdəkilər bəyənib yeməyəndə ondan kotlet bişirirəm”. - deyə zarafat da eləmişdi.

Ömrünün son illərində bütün ömrü boyu işlədiyi Musiqili Teatrdan incik düşüb. Ən böyük incikliyi isə öz canından idi. Xəstəliyi işləməsinə, səhnəyə çıxmasına imkan vermirdi. Amma hətta “Qayınana” obrazından başqa rola çəkilməsəydfi belə hər kəsin könlündə tək bir rolla taxt qurmağı bacarmışdı. Fatı qarı obrazına çəkiləndə 35 yaşında idi və öncə heç kəs qrim altında cavan bir qadının olmasına inanmamışdı.

Nəsibə Zeynalova 2004-cü il martın 10-da Bakıda vəfat edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1827

Oxşar yazılar