Məşhur rəssam vəfat etdi - FOTO
20 aprel 2022 03:28 (UTC +04:00)

Məşhur rəssam vəfat etdi - FOTO

Avanqard üslubda rəsm çəkən avstriyalı rəssam, Vyana aksiyonizminin əsas nümayəndələrindən biri Herman Nitş vəfat edib. 

Lent.az xəbər verir ki, bu barədə “Salzburg 24” məlumat yayıb.

Nitş 84 yaşında xəstəxanada vəfat edib. Ölümünün səbəbi ağır və uzun sürən xəstəlik olub. 

Qeyd olunur ki, Avstriyanın bir çox rəsmiləri, o cümlədən federal prezident və respublikanın kansleri Herman Niçin ölüm xəbərinə reaksiya veriblər. 

Avstriya kansleri Karl Nehammer sosial şəbəkələrdə “Biz unikal avstriyalı rəssamı itirdik” yazıb.

Hermann Nitş 29 avqust 1938-ci ildə Vyanada anadan olub .
 

# 2727
avatar

Oxşar yazılar