Amerikalı məşhur model Emili Ratokovski dəfələrlə xəyanət edən əri, məşhur prodüsser Sebastyan Bir Makklarddan dərhal boşanmamasının səbəbini açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, model 2 yaşlı oğlunun xətrinə ailəsini qoruyub saxlamaq istədiyini deyib.
O həmçinin qeyd edib ki, doğuşdan sonra xeyli arıqlayıb, çəkisi 43 kiloqrama düşüb və güclü antidepressantlar içib. Bütün bunlar onu gücdən salıb, tək qalmaqdan qorxub.
Model indi ərindən boşanmaq üçün məhkəməyə müraciət edib.