Məşhur aktyorun arvadı paparazzilərə  yalvardı
06 mart 2023 17:45 (UTC +04:00)

Məşhur aktyorun arvadı paparazzilərə yalvardı

Hollivud ulduzu Bryus Uillisin xanımı Emma Heminq Uillis sosial şəbəkə vasitəsilə paparazzilərə müraciət edərək, ərinin vəziyyətini anlayışla qarşılamalarını istəyib.

Lent.az-ın xəbərinə görə, o öz hesabında belə yazıb:

“Bu müraciət fotoqraf və videoblogerlərədir. Onlar eksklüziv görüntülər əldə etmək üçün əldən gedirlər. Lakin sizə yalvarıram, ərimə hərəkət etməyə imkan verin, məsafə saxlayın. Onun üstünə qışqırıb işlərinin, sağlığının necə olduğunu soruşmayın. Bu günlərdə Bryusun yanında olub onu bir nöqtədən başqa nöqtəyə aparmağa çalışan hər kəsə maneə törədirsiniz, işimizə əngəl olursunuz. Bizə normal yaşamağa və ona qulluq etməyimizə imkan verin”.

Qeyd edək ki, Hollivud ulduzu Bryus Uillis ağır formalı demensiyadan əziyyət çəkir. Bu diaqnoz qoyulmuş xəstələr xəstəlik inkişaf etdikdən sonra 7-13 il ömür sürə bilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2299

Oxşar yazılar