Məşhur aktyor Putinə  nə dedi?   -  FOTO
16 aprel 2022 02:52 (UTC +04:00)

Məşhur aktyor Putinə nə dedi? - FOTO

Fransalı aktyor Pyer Rişar Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

Lent.az BFM TV-ə istinadən xəbər verir ki, aktyor prezidentdən Ukraynada xüsusi əməliyyatı tez bir zamanda dayandırmağı xahiş edib.

O, eyni xahişlə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Denis Monastırskiyə də müraciət edib.

“Mən ümid edirəm ki, bütün bunlar mümkün qədər tez dayandırılacaq”,-deyə aktyor bildirib.

Rişar həmçinin bildirib ki, o, Rusiya və Ukraynanı çox yaxşı tanıyır və hər iki xalqı sevir.
 

# 2370
avatar

Oxşar yazılar