Sosial şəbəkələrdə “Qaçaq” hərbi döyüş treylerinin anonsları yayımlanıb. Filmdə əsas rolda məşhur Hollivud ulduzu Cerard Batler, Bahadur Foladi, Oliviya Mey Barret, Nina Tussen Vayt oynayıblar.
Lent.az-ın məlumatına görə, film Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatçısı Harrisin qarşısına qoyulmuş çətin tapşırığın icrası barəsindədir. Harris İranın nüvə proqramını dağıtmalıdır. Əməliyyat zamanı kəşfiyyatçının kimliyi açıqlanır və o qaçmaq məcburiyyətində qalır. Bu qaçış zamanı Harrisi dünyanın ən yaxşı kəşfiyyatçıları, muzdlu döyüşçüləri təqib edirlər.
Harris xilas ola biləcəkmi? Bu suala filmi izləyərək cavab tapacaqsınız.
“Qaçaq” filmi bu ilin may ayında prokata buraxılacaq.