Mehriban Zəki bu həftə evə buraxılacaq
31 mart 2023 10:55 (UTC +04:00)

Mehriban Zəki bu həftə evə buraxılacaq

Avtomobil qəzası keçirən Xalq artisti Mehriban Zəki bu həftə evə buraxılacaq.

Bu barədə Lent.az-a aktrisanın dostu, onun aparıcısı olduğu "Guzgu" verilişinin ssenari muəllifi Turan Uğur məlumat verib.

 O bildirib ki, aktrisa psixoloji cəhətdən özünü toparlayıb, artıq yaşadığı gərginliyi aradan qaldıra bilib.

“Səhhəti də normallaşıb. İnşallah bu həftə evə buraxılacaq. Mehriban xanım güclü insandır. Təbii ki, dost itkisi ona ağır təsir edib. Ona görə telefonlardan uzaq durur. Dilarə (Oqtay Əliyevin xanımı Dilarə Əliyeva) xanımla tez-tez əlaqə saxlayır, bir- birlərinə dəstək olurlar. Zamana ehtiyacı var”,- deyə o bildirb.

Xatırladaq ki, martin 22-də Abşeron rayonu ərazisində  "SOY production" şirkətinin rəhbəri Oqtay Əliyevin idarə etdiyi "Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə zamanı avtomobildə Dilarə Əliyeva və Mehriban Zəki də olub.

Qəza nəticəsində Oğtay Əliyev vəfat edib, Xalq artisti Mehriban Zəki yaralanıb, 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2066

Oxşar yazılar