Maraqla izlənilən “Simpsonlar” dan gözlənilməz yenilik
30 mart 2023 10:27 (UTC +04:00)

Maraqla izlənilən “Simpsonlar”dan gözlənilməz yenilik

1989-cu ildən ekran həyatına başlayan və dünyanın bir çox ölkələrində maraqla izlənilən “Simpsonlar” cizgi filmi 134-cü mövsümünə qədəm qoyur.

Lent.az-ın xəbərinə görə, cizgi filmi yeni mövsümdə 33 il öncə təqdim edilmiş və çox sevilmiş bir xarakteri yenidən ekranlara gətirəcək.

Jaques adlı obraz 1990-cı ildə “Life On the Fast Lane” adlı bölümdə ilk dəfə qaşımıza çıxmışdı. Obrazı komediya ustası Albert Brooks səsləndirmişdi. Jaques Margenin ürəyini ovlamağa çalışan boulinq oyunçusu obrazıdır.

Cizgi filminin yeni bölümündə amerikalı repçi Lizzonun da yer alacağı bildirilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2092

Oxşar yazılar