“İşıq imperiyası” təqribən 80 milyon dollara satıldı -FOTO
03 mart 2022 07:25 (UTC +04:00)

“İşıq imperiyası” təqribən 80 milyon dollara satıldı -FOTO

Belçikalı sürrealist rəssam Rene Maqritin (1898-1967) “İşıq imperiyası” əsəri Londonda 59,4 milyon funta (təqribən 79,8 milyon dollar) satılıb.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evi məlumat yayıb.

1961-ci ildə çəkilmiş bu tabloda toran vaxtı villa təsvir edilib. Evdə artıq işıq, binanın qarşısında isə ağ buludlu parlaq səma ilə tam ziddiyyətdə olan fənər yandırılıb.

2009-2020-ci illərdə əsər Brüsseldə Maqrit muzeyində nümayiş olunub. Tablo Belçikanın paytaxtı ilə yanaşı, Paris, Vyana, Milan, Seul, Edinburq və San-Fransiskoda da nümayiş etdirilib. Bu seriyadan digər işlər Venesiya, Nyu-York, Hyuston və Brüssel muzeylərinin kolleksiyalarına daxildir.

# 2166
avatar

Oxşar yazılar