"Gitarada çalınan muğam bic doğulmuş uşaqdı" - Ustad niyə hirsləndi?
09 mart 2023 11:25 (UTC +04:00)

"Gitarada çalınan muğam bic doğulmuş uşaqdı" - Ustad niyə hirsləndi?

Lent.az “Ömürdən bir az” rubrikasında Xalq artisti, muğam ifaçısı Qədir Rüstəmovu xatırlayır.

 Bir dəfə 8 mart günü jurnalistlər Xalq artisti  Qədir Rüstəmova sual verirlər ki, nə üçün qadınlar üçün 8 Mart bayramı var, amma kişilər üçün bayram günü yoxdur.

 Qədir Rüstəmov özünəxas şkildə duzlu-məzələi cavab verir.

“70 yaşdan sonra kişilərin qadından bir fərqi olmur. Buna görə, 8 Mart elə həm də kişilər bayramıdır”.

***

Bir dəfə bir neçə muğam ifaçısı Ağdama məşhur xanəndələrdən birinin məzarını ziyarətə gedirlər. Onların arasında xanəndə Qədir Rüstəmov da var idi. Ölən şəxsin məzarı üstündə dualar oxunur. Baxırlar ki, Qədir Rüstəmov aralanıb, bir nəfərin məzarı yanında qəlyanını tüstülədir.

Yaxınlaşırlar ki, muğam ustası başdaşındakı şəklə baxıb ciddi - ciddi danışır.

“Mən də deyirəm neçə vaxtdı səndən niyə xəbər çıxmır. Deyirdim bu zalım hara yoxa çıxıb. Ölmüsən, ölmüsən, heç olmasa xəbər edəydin də”.

***

Bir dəfə Qədir Rüstəmovdan gitaraçı Rəmişin sənəti barədə soruşurlar. Qədir Rüstəmovla Rəmişin dostluq münasibətləri var idi. Lakin sənətkar gitarada muğam çalınmasından heç xoşlanmazdı. Ona görə verdiyi cavab da sərt olur.

“Rəmiş getsin qəlyanın çəksin. Gitarda çalınan muğam bic doğulmuş uşaqdı, dədəsi də Rəmişdi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1620

Oxşar yazılar