Ən yaşlı model   moda jurnalı üçün çəkildi
15 mart 2023 17:10 (UTC +04:00)

Ən yaşlı model moda jurnalı üçün çəkildi

Dünyanın ən qoca modeli, 91 yaşlı Karmen Dell Orefiçe ən nüfuzlu moda jurnallarından biri olan “Vogue”nin üz qabığına çəkilmək üçün kamera önünə keçib. 

Lent.az-ın məlumatına görə, onun adı ən böyük karyeraya malik və ən qoca yaşda podiuma çıxan model kimi  “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Karmenin şəkilləri jurnalın aprel buraxılışını bəzəyəcək.

Karmen Dell Orefiçe bu jurnal üçün ilk dəfə 1947-ci ildə, 15 yaşı olarkən foto çəkdirib. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2627

Oxşar yazılar