Culiana Mur əli qana bulanmış qızını necə qoruyacaq?
13 mart 2023 09:40 (UTC +04:00)

Culiana Mur əli qana bulanmış qızını necə qoruyacaq?

Hollivud ulduzları Culiana Mur və Sidni Suini “Exo Velli” adlı dramatik trillerində baş rollarda oynayacaqlar. Filmin rejissoru Bred İnqelsbi, istehsalçısı “Apple Studios” olacaq.

Lent.az-ın məlumatına görə, hadisələr Pensilvaniyada  Exo Velli adlı bir fermadaa Keyt Qarret adlı xanımın taleyi əsasında qurulub. Öz problemlərindən qaçıb, atlara qulluq eləməklə başını qatan fermer qadının rutin həytını qızının böyük şəhərdən fermaya dönüşü pozur. Başqasının qanına bulanmış halda evə gələn qızının həyataını xilas eləmək istəyən ana hansı fədakarlıqlara razı olacaq? Bu suallara filmi izləyərkən cavab tapacaqsınız.

Filmin çəkilişləri yayda başlayacaq. Prodüsser komandasına İnqelsbi ilə yanaşı Maykl Pirs, Ridli Skott da daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1718

Oxşar yazılar