Bəzi Hollivud ulduzları çılpaq səhnələrə çəkilməyəcəklərinə dair müqavilələr imzalayıblar. Onlar erotik səhnələrin çəkilməsinə qarşı deyillər, sadəcə özləri heç vaxt ekrandan doğmalarının gözünə çılpaq görünmək istəmirlər. Buna görə mütləq şəkildə dublyor xidmətlərindən istifadə edirlər.
Lent.az ciddi qaydaları olan həmin 8 aktyoru təqdim edir.
Semuel L Cekson 150 filmə çəkilsə də heç vaxt çılpaq poza verməyib.
Meqan Foks uşaqlarının gözü qarşısında çılpaq görünməkdən utananlardandır.
Kira Naytli 2015-ci ildə ana olduqdan sonra çılpaq səhnələrə "yox" deyib.
Anna Kendrik bədənindən utandığı üçün çılpaq səhnələrə çəkilmir.
Culiya Robert qaynar səhnələrdə çox oynasa da, 3 uşaq anası olduqdan sonra özünə qadağa qoyub.
Sara Cessika Parker “Böyük şəhərdə seks” filmi ilə tanınsa da, bu filmdə yataq səhnələrində onu dublyor əvəz edib.
Maxeşala Ali bir müsəlman olaraq hətta çəkildiyi filmlərdə erotik səhnələrin olmasına qarşı çıxır.
Cessika Alba isə deyir ki, nənə və babasının onun çılpaq sinəsini görmələrini istəmir.
.