Ceyhun Hidayətlinin "Əqrəb" kitabı təqdim olunacaq
08 fevral 2023 10:55 (UTC +04:00)

Ceyhun Hidayətlinin "Əqrəb" kitabı təqdim olunacaq

Əziz oxucular, ˝LIBRAFF˝ kitab mağazaları şəbəkəsi 12 fevral saat 15:00-da sizi son günlərin ən çox bəhs olunan "Əqrəb" kitabının müəllifi Ceyhun Hidayətli ilə görüşə və imza gününə dəvət edir!

Kulis.az xəbər verir ki, ˝LIBRAFF˝ın "Park Akademiya" filialında keçiriləcək tədbirdə iştirak sərbəstdir.

Xatırladaq ki, "İctimai TV"də yayımlanan "Əqrəb mövsümü" serialının ssenarisi bu əsərin motivləri əsasında yazılıb. O, ˝Bəyaz şeytan˝ və ˝Qapılar arasında ölüm˝ kitablarının da müəllifidir.


Ünvan: Hüseyn Cavid pr. 100, "Elmlər Akademiyası" m/s-nın əsas girişi ilə üzbəüz yeni tikilinin altı.

# 2220
avatar

Oxşar yazılar