Brüs Uillis kinodan ayrıldıqdan sonra nə işlə məşğul olur?
22 may 2022 11:49 (UTC +04:00)

Brüs Uillis kinodan ayrıldıqdan sonra nə işlə məşğul olur?

Əvvəllər səhhətində yaranan problemlərə görə aktyorluqdan getdiyini açıqlayan Hollivud aktyoru Brüs Uillis kameradan kənar həyata və açıq havada vaxt keçirməyə alışır. 

Lent.az xarici mediaya istinadla bildirir ki, onu Los-Ancelesdəki “Divino” italyan restoranında paparassilər yaxalayıb. Orada ulduz aktyor dostu ilə birlikdə olub.

Uillis Brentvud rayonunda görünüb. O, boz polo köynək, mavi cins şalvar və boz idman ayaqqabısı geyinib.

Sənətçinin ailəsinə daha çox vaxt ayırdığı da məlumdur. Brüsun həyat yoldaşı Emma Heminq “Instagram”da qızları, 10 yaşlı Meybl Rey və səkkiz yaşlı Evelinlə çəkdirdiyi fotosunu yerləşdirib.

Qeyd edək ki, məşhur aktyora  "afaziya" diaqnozu qoyulduğunu qohumları açıqlayıb. 

# 1983
avatar

Oxşar yazılar